İsraildən Qətərə ilk dəfə birbaşa təyyarə reysi təşkil edildi



 13:25 21.11.2022     359

İsraildən Qətərə ilk dəfə birbaşa təyyarə reysi təşkil edilib.

Demedia.az xəbər verir ki, reys futbol üzrə dünya çempionatına görə təşkil edilib. Təyyarədə dünya çempionatını izləyəcək israillilər olub. Məlumata görə, çempionat vaxtı İsraildən Qətərə 6 gediş-gəliş reysi nəzərdə tutulub.

Qeyd edək ki, İsraillə ərəb ölkələri arasında münasibətlər ABŞ Prezidenti Donald Trampın hakimiyyəti dövründə qurulmağa başlanılıb. Buna qədər tərəflər arasında diplomatik əlaqələr yox idi.

Bahadur Seyidov