Rusiyanın və ABŞ-ın kəşfiyyat rəhbərləri arasındakı görüşün detalları açıqlandı
“Ağ ev”dən Ankarada ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Bill Burns və Rusiyanın Xarici Kəşfiyyat Təşkilatının rəhbəri Sergey Narışkin arasında keçirilən görüşün detalları açıqlanıb.
Demedia.az xəbər verir ki, Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, görüş zamanı Ukrayna məsələsindən başqa iki ölkə arasında xoşagəlməz hadisələrin qarşısını almaq üçün əlaqələrin davam etdirilməsi məsələsi müzakirə edilib. Kirbinin sözlərinə görə, Rusiya və Ukrayna arasında diplomatik müzakirələrin başlaması önəmlidir və bu barədə qərarı Prezident Vladimir Zelenski verəcək.
Bahadur Seyidov