Rusiya Polşanın Lavrova viza verməməsinə etiraz etdi



 11:24 21.11.2022     335

Rusiya tərəfi xarici işlər naziri Sergey Lavrovun Polşanın Lodz şəhərində keçirilən ATƏT-in toplantısına buraxılmamasını tənqid edib.

Demedia.az xəbər verir ki, Rusiyanın Xarici İşlər Nazirliyindən bildirib ki, ATƏT-ə rəhbərlik Polşa tərəfinə keçib. Polşa rusiyalı nümayəndələrə toplantıda iştirak etmək üçün viza verməyib. Açıqlamada deyilir ki, Polşa bu qərarı ilə ATƏT-in fəaliyyət prinsiplərini pozub. Bildirilib ki, Polşanın qərarı “təxribat” və görünməmiş” davranışdır.

Bahadur Seyidov