Rusiya ordusu Ukraynada fabriki bombaladı
Rusiya Ukraynanın Zaporojye şəhərində “Motor Sich" fabrikini bombalayıb.
Demedia.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, hava hücumu zamanı fabrikin təyyarələr üçün mühərriklər istehsal edən müəssiəsi hədəfə alınıb. Məlumata görə, müəssisədə Ukraynanın hərbi təyyarələrinə mühərriklər quraşdırılırmış. Hücum nəticəsində müəssisə məhv edilib.
Həmçinin son hücumlar nəticəsində müxtəlif cəbhələrdə Ukrayna ordusunun 120 hərbçisi həlak olub.
Bahadur Seyidov