Donald Trampın tvitter hesabı açıldı



 14:29 21.11.2022     391

ABŞ-ın keçmiş prezidenti Donald Trampın tvitter hesabı açılıb.

Demedia.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb. Bildirilir ki, tvitterin yeni rəhbəri İlon Mask Trampın hesabının açılıb-açılmaması barədə sorğu keçirib. Sorğuda 15 milyondan çox istifadəçi iştirak edib. Onların 51,8 faizi Trampın hesabının açılmasına səs verib.

Qeyd edək ki, Donald Trampın tvitter hesabı ötən ilin yanvar ayında Konqresə təşkil edilən basqından sonra bağlanmışdı. Konqresə hücumun Tramp tərəfdarları tərəfindən təşkil edildiyi irəli sürülüb.

Bahadur Seyidov