“Sarı jiletlilər” yenidən aksiyalar təşkil etdi



 15:14 21.11.2022     473

Parisdə “sarı jiletlilər” aksiyaların 4-cü ilə dönümü ilə bağlı yenidən aksiyalar təşkil edib.

Demedia.az xəbər verir ki, nümayişçilər sosial ədalət, daha çox demokratiya və vətəndaşların təşəbbüsü ilə referendum keçirilməsini tələb edirlər. Aksiya zamanı polislə nümayişçilər arasında gərginlik yaşanıb. Aksiya iştirakçıları qeyd edib ki, Fransada bərabərsizlik bundan əvvəl görünməmiş qədər artıb. “Sarı jiletlilər” Fransada qiymət artımından narazılıq ifadə ediblər.

Qeyd edək ki, “sarı jiletlilər” mütəmadi aksiyalar təşkil edir.

Bahadur Seyidov