Britaniya İran PUA-larına qarşı Ukraynaya silahlar verir
Böyük Britaniya Ukraynaya 50 milyon funt sterlinq dəyərində hərbi yardım edəcək.
Demedia.az xəbər verir ki, bu barədə Britaniyanın Baş nazirinin ofisindən açıqlama verilib. Açıqlamada Baş nazir Rişi Sunakın Kiyevə səfərinə diqqət çəkilərək qeyd edilib ki, Londonun Kiyevə dəstəyi davam edəcək. Hərbi dəstək əsasən müdafiə sistemlərindən ibarət olacaq. Məqsəd İranın Rusiyaya tədarük etdiyi PUA hücumlarının qarşısını almaqdır.
Qeyd edək ki, Britaniyanın Baş naziri Rişi Sunak Kiyevə səfər edərək, Prezident Vladimir Zelenski ilə görüşüb.
Bahadur Seyidov