İranda etirazlar və küçə yürüşləri səngimir - Politoloq
İranda etirazlar və küçə yürüşləri səngimir. Əgər etirazların ilk günlərində bu dinc etirazlar idisə, sonrakı günlərdə yanğınların və silahlı toqquşmaların sayı artıb.
Demedia.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, polis insan öldürərkən, polis və SEPAH zabitlərinin öldürülməsi halları da artıb:
"Demək bir qrup etirazçı da silahlanıb. İslam inqilabının mənəvi atası Xomeyninin evini yandırmaq sıradan hadisə deyil. Tehran rejimi üçün Məhsa Əmininin ölümündən əvvələ qayıtmaq çətin olacaq, hakimiyyət islahatlara da getməyəcək, çünki bu sonun başlanğıcı olacaq. Ancaq mülki insanları, qadın və uşaqları öldürmək həmin sonu daha tez yaxınlaşdıra bilər".
Xəyalə Məmmədova / Demedia.az