SEPAH-ı terror təşkilatı kimi tanımalıyıq - Açıqlama



 13:02 21.11.2022     499

İran Azərbaycanın varlığına, bütövlüyünə xüsusilə xalqımızın milli kimliyinə düşmən siyasəti aparır. Bu siyasət olub və bundan sonra da daima olacaq.

Demedia.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, bunu biz birdaha İranın Ali dini rəhbəri Vilayətinin yazdığı məqalədə gördük:

"O, məqaləsində Azərbaycanı İran və xalqımızı iranlı adlandırır. Onun bu yazısı heç də İran rəhbərliyinin Azərbaycanla əlaqələrin normallaşdırılmasına hesablanmayıb. Bizim üçün Güney Azərbaycan məsələsi strateji siyasət olmalı və bu siyasət Güney Azərbaycanın İstiqlaliyyətinə söykənməlidir.

Azərbaycanı təhdid edən SEPAH (İran İnqilab Keşikçiləri Korpusu) terror təşkilatı kimi tanımalıyıq. Qərb başda ABŞ olmaqla SEPH terror təşkilatı kimi tanıyır. Bizim İranın bu ordu növünü terror təşkilatı kimi tanımaqda hüququmuz var. Çünki SEPAH Azərbaycanda terror-təxribat halları keçirmək üçün daxildə təşkilatlanma işi aparıb. Həmçinin siyasi hakimiyyətin devrilməsini məqsəd qoyaraq məzhəb hakimiyyətin qurulmasını hədəfləyib. Ona görə də Azərbaycan hakimiyyəti İran SEPAH terror təşkilatı kimi tanımali və onun rəsmi şəxslərinə qarşı sanksiyalar tətbiq etməlidir.

Qeyd edim ki, İran dövlət Teleradio verlişlərinə birbaşa SEPAH nəzarət edir. Məhz SEPAH təlimati ilə İran Teleradio və mətbuatında Azərbaycana qarşı düşmənçilik, etnik separatizm və ölkə rəhbərliyini hədəf alan verlişlər və məqalələr yazılır".

Xəyalə Məmmədova / Demedia.az