Bədəninə cin girib deyərək boğdular, sonra isə... - ŞOK OLAY



 19:32 21.11.2022     826

Türkiyədə cinçıxarma ilə bağlı növbəti dəhşətli hadisə yaşanıb.

Demedia.az xəbər verir ki, Konyanın Ereğli rayonunun Ziya Gökalp rayonunda yaşayan Suriya əsilli Hasen Alluş ötən həftə cümə axşamı yaxınları tərəfindən Ereğli Dövlət Xəstəxanasına aparılıb.

Ürəyinin dayandığı müəyyən edilən Hasen Alluşu həkimlərin bütün səylərinə baxmayaraq xilas etmək mümkün olmayıb. Alluşun cəsədinin yarılması zamanı boynunda boğulma izləri, boyun və qabırğalarında sınıqlar aşkarlanıb.

Ailəsi ölməzdən əvvəl öz həmyerliləri İbrahim El Hac Əlini "cinini qovmaq" üçün evə çağırdıqlarını, Əlinin içindəki cini qovmaq üçün Alluşu boğduğunu və ürəyinin dayandığını deyiblər. 

Polis İbrahim El Hac Əli və Hasen Alluşun həyat yoldaşı Hasne A. (37), qaynı İbrahim Əl Hatib (37), ərinin qardaşı Yüsra A. (30), uşaqları Verde (17) və Hüseyn Alluşu (17) saxlayıb. 

Polis bölməsindəki ifadələrindən sonra ədliyyəyə sövq edilən şübhəlilər arasında Hasen Alluşun həyat yoldaşı Hasne A., qardaşı Yüsra A. və uşaqları Verde A. məhkəmə nəzarəti altında prokurorluq tərəfindən sərbəst buraxılıb. Məhkəməyə gətirilən şübhəlilər Alluşun oğlu Hüseyn Alluş, baldızı İbrahim Əl Hatib və şeytan çıxarma seansını aparan İbrahim Əl Hac Əli həbs edilib.

Aysun / Demedia.az