Mədə ağrısı şikayətilə xəstəxanaya gətirildi... - Əməliyyatdan sonra İNANILMAZ NƏTİCƏ



 23:09 21.11.2022     1172

Türkiyənin Çanaqqala bölgəsində qarın ağrısı şikayəti ilə xəstəxanaya müraciət edən Hayrettin Gültəkinin (30) sidik kisəsindən ümumi çəkisi 550 qram olan 20 ədəd daş çıxarılıb.

Demedia.az xəbər verir ki, Hayrettin Gültekin sidik yanması və qarın ağrısı şikayətləri ilə Çanaqqala Onsekiz Mart Universiteti (ÇOMU) Xəstəxanasına müraciət edib. 

Müayinələr nəticəsində Gültəkinin sidik kisəsində ən kiçiyi 3-5 santimetr ölçüdə olan 20 ədəd daş aşkar edilib. Əməliyyatla daşlar çıxarıldıqdan sonra Gültəkin sağlamlığına qovuşub.

Hayrettin Gültekin başına gələnləri belə izah edib: "Xəstəxanaya gələndə böyük problemlər yaşadım. Əməliyyatdan sonra daşların götürüldüyünü görəndə çox təəccübləndim. Belə bir vəziyyət gözləmirdim".

Aysun / Demedia.az