Qoyunlardan sonra indi də arılar müzakirə mövzusu oldu: Anidən insanlara hücum etdilər



 22:02 21.11.2022     806

Uruqvayda nəhəng arı sürüsü ölkəni müharibə zonasına çevirib. 

Demedia.az xəbər verir ki, birdən-birə şəhərdə çoxalan arılar ətrafdakıları çətin vəziyyətə salıb. 

İnsanlar maşınlarını ataraq piyada qaçmağa başlayıblar. Şəhər mərkəzinin küçələri girişə bağlanarkən çox sayda insan yaralanıb. Həmin anların görüntüləri sosial şəbəkələrdə yayılıb.

Toplu halda peyda oldular və hücum ediblər. Təxminən 40 nəfər xəstəxanaya yerləşdirilib.

Uruqvayın ən sıx əhali yaşayan 9-cu şəhəri olan Melo şəhərinin mərkəzində arıların hərəkətdə olan nəqliyyat vasitələrinin açıq pəncərələrindən içəri girməsi insanları dəhşətə gətirib.Hadisədən sonra bölgəyə ekspert qrupu göndərilib. İnsanların təhlükəli əraziyə yaxınlaşmasının qarşısını almaq üçün şəhərin mərkəzinə gedən yollar bağlanıb.

Yaralılardan biri yerli mətbuata açıqlama verib; "Oğlum dəli kimi qaçdı, amma yenə də təxminən 15 dəfə sancıldı".

Aysun / Demedia.az