Stoltenberq Türkiyəyə Finlandiya və İsveçin quruma üzv olması məsələsi ilə bağlı çağırış etdi
NATO-nun baş katibi Yens Stoltenberq Türkiyəyə Finlandiya və İsveçin quruma üzv olması məsələsi ilə bağlı çağırış edib.
Demedia.az xəbər verir ki, o bildirib ki, Finlandiya və İsveç Türkiyə ilə imzalanmış memorandumun şərtlərini yerinə yetirib. Stoltenberq bildirib ki, Türkiyə parlamenti Finlandiya və İsveçin NATO-ya üzv olması üçün proseduru tamamlamalıdır. Stoltenberq həmçinin Prezident Rəcəb Tayyib Ərdoğanın taxıl sazişinin uzadılmasında, Rusiya və Ukrayna arasında əsir mübadiləsindəki önəmli səylərindən bəhs edib.
Bahadur Seyidov