Ukrayna ordusu Luqansk cəbhəsində irəlilədi - Zelenski



 11:48 22.11.2022     319

Ukrayna Prezidenti Vladimir Zelenski ordunun Luqansk cəbhəsində irəliyə getdiyini açıqlayıb.

Demedia.az xəbər verir ki, onun sözlərinə görə, hərbçilər bəzi mövqelərdə uğurlar əldə ediblər. “Luqansk bölgəsində mübarizə apararaq, yavaş-yavaş irəliləyirik” deyən Zelenski, rusların Ukrayna ordusunun şərq cəbhəsindəki mövqelərinə 400-ə yaxın bomba atdığını qeyd edib. Zelenski bildirib ki, hazırda ən güclü qarşıdurma isə Donetsk cəbhəsində gedir. Rusiya ordusu hava hücumlarını davam etdirir.

Bahadur Seyidov