Pakistan Əfqanıstanla sərhəd qapısını açdı



 18:31 22.11.2022     328

Pakistan Əfqanıstanla Çaman sərhəd qapısını açıb.

Demedia.az xəbər verir ki, bu barədə Pakistan tərəfi açıqlama verib. Bildirilir ki, keçid məntəqəsi piyadalar və ticarət üçün təkrar açılıb.

Qeyd edək ki, iki həftə əvvəl Əfqanıstan tərəfindən açılan atəş nəticəsində iki pakistanlı hərbçi həlak olub. Bundan sonra Pakistan tərəfi əsas sərhəd məntəqələrindən hesab edilən Çamanı bağlayıb. Pakistan tərəfi atəş açanların təslim edilməsini tələb edib.

Əfqanıstan tərəfi də bu barədə təminat verib.

Bahadur Seyidov