Qarabağda təxribatların intensivləşməsində məqsəd...
Qarabağda erməni silahlı dəstələrinin qalıqları son günlər aktivləşib.
Demedia.az zəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı deyib.
Onun sözlərinə görə, təxribatların intensivləşməsində məqsəd aydındır:
"Bakının Qarabağda yaşayan ermənilərlə təmas qurmaq perspektivini arxa plana keçirir, qarşıdurmalarla həm erməni əhalisinin düşüncəsindən Azərbaycan cəmiyyətinə inteqrasiya etmək fikrini çıxarır, həm də dünyaya “dövlətcik” performansı sərgiləyirlər;
Və şübhəsiz ki, tətiyi çəkən separatçılar olsa da, silah Rusiyanındır.
Hərçənd, Fərrux və “Qisas” əməliyyatından öncə də eyni şeyi edirdilər, nəticəsi bəllidir. Bu təxribatların da bir cavabı olacaq".
Xəyalə Məmmədova / Demedia.az