Vaşinqtonun regiona baxışı Azərbaycanın maraqlarına cavab verir - Açıqlama
Azərbaycan ABŞ siyasi əlaqələri yeni siyasi imkanlar açır. Xüsusilə Ermənistan Azərbaycan arasında sülh müqaviləsi üzrə aparılan danışıqlar fonunda Vaşinqtonun regiona baxışı Azərbaycanın maraqlarına cavab verir.
Demedia.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, Azərbaycana qarşı post-müharibə dövründə ciddi siyasi təzyiqlər reallaşır:
"Rusiyanın Ermənistana dəstək verməklə sülh danışıqlarını pozması, Fransanın pozuculuq fəaliyyəti, birtərəfdən İranın hərbi -siyasi və informasiya sahəsində təhdidləri Vaşinqtonun Azərbaycana dəstək verməsi ilə nəticələndi.
Vaşinqton Ermənistanla sülh müqaviləsinin bağlanmasında Qarabağ Azərbaycanın tərkibində olmaqla maraqlıdır. Təbii ki, burada Vaşinqtonun geosiyasi maraqlarına cavab verir. Rusiya faktoru, İranın təhdidləri ABŞ Cənubi Qafqazda Azərbaycanla əməkdaşlığını labüd edir. Bu istiqamətdə hazırda Vaşinqtonla Bakı arasında siyasj təmaslar inkişaf edir. Bundan sonra da ABŞ Azərbaycanı dəstəkləyəcək və regionda artan təhdidlər fonunda istənilən dəstəyi verəcək. Bu xüsusda Azərbaycan üçün ABŞ -la əməkdaşlığı genişləndirmək mütləqdir.
Həm Moskvadan, həm Parisdə. Ermənistanı Qarabağı danışıqlar müstəvisində saxlamaq üçün dəstək verilir. Ona görə də Yerevanın sülh müqaviləsinin bağlanması istiqamətində addımlarında tam əks mövqeyi görürük. Vaşinqton və Brüsselin birbaşa N. Paşinyana təzyiqləri onu Azərbaycanla sülh müqaviləsinin bağlanmasına sövq edə bilər. Regionda Rusiya, İran və Fransa bir cəbhədə ABŞ, Türkiyə və Avropa İttifaqının Cənubi Qafqaz siyasətinə təsir edir. Bu toqquşmada N. Paşinyan Moskva və Parisin yanında yer alıb. Əgər, Vaşinqton təsir etməsə, regionda maraqları təhdidlə üzləşəcək".
Xəyalə Məmmədova / Demedia.az