“Ağıllı kənd” və “ağıllı şəhər”konsepsiyasının icrası... - Osman Gündüz



 17:01 22.11.2022     482

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Şəhərlərin və kənd yerlərinin inkişafına innovativ yanaşma: “ağıllı şəhər və kəndlər” mövzusunda beynəlxalq konfrans keçirilib. Açıqlanan məlumatda bildirilir ki, konfransda “ağıllı kənd” və “ağıllı şəhər”in yaradılması istiqamətində ölkəmizdə icra olunan layihələrdən danışıblar .

Demedia.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

Onun sözlərinə görə, “Ağıllı kənd” və “ağıllı şəhər”konsepsiyasının artıq təcrübədə həyata keçirilməkdə olduğunu bildiriblər:

"Düzü, anlamadım nə demək istəyiblər.

Çünki, ilyarım bundan öncə “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyasının hazırlanması haqqında Prezidentin Sərəncamı olub. Xüsusi İşçi Qrupu yaradılıb.

Nazir Rəşad Nəbiyev İşçi Qrupunun sədridir.

RİNN rəsmilərinin açıqlamalarında adı çəkilən sənədin layihəsinin xeyli müddət bundan öncə hazır olduğu və Prezidentə təqdim edildiyi bildirilmişdi.

Maraqlı məqam odur ki, indiyədək bu Konsepsiya təsdiqlənməyib. Yəni Prezidentin sərəncamı icra edilməyib.

Konseptual baxışların olmadığı bir mühitdə hansı konkret layihələrin tətbiq edilməsi də düşündürücüdür.

Yeri gəlmişkən, aidiyyatı qurumlar Zəngilanın Ağalı kəndində konkret hansı ağıllı həllərin tətbiq edilməsi haqqında da hələlik bir açıqlama verməyiblər. Ekspertlər, biznes və ictimaiyyət üçün "ağıllı həllər"in hansısa ictimai baxışı təşkil olunmayıb.

Bu sahə üzrə ixtisaslaşan bəzi özəl qurumlar da bu prosesdən xəbərsiz olduqlarını və prosesə cəlb edilmədiklərini bildiriblər.

Düşünmək olar ki, bu tip dar çərçivədə , maraqlı tərəflərin yetərincə təmsil olunmadığı şəraitdə keçirilən konfrans da güman ki , yuxarıda qeyd olunan məsələlərlə bağlı olub".

Xəyalə Məmmədova / Demedia.az