Novak: Rusiya neftinin qiymətinə məhdudiyyət tətbiq edilsə, Moskva buna cavab verəcək
“Rusiya neftinin qiymətinə məhdudiyyət tətbiq edilsə, Moskva buna cavab verəcək”.
Demedia.az xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksandr Novak bildirib. O qeyd edib ki, Moskva Rusiya neftinə qiymət məhdudiyyəti tətbiq edən ölkələrə neft satmayacaq. Novakın sözlərinə görə, sanksiyanın tətbiq olunacağı halda Rusiya, neftini uyğun qiymət olan bazarlara yönəldəcək.
Novak xəbərdarlıq edib ki, neftə tətbiq ediləcək qiymət məhdudiyyəti böhranı daha da artıracaq.
Bahadur Seyidov