Qərbin sanksiyaları qida böhranına səbəb olub - Putin
Rusiya Prezidenti Vladimir Putin qida böhranı ilə üzləşən ölkələrə yardımları davam etdirəcəklərini açıqlayıb.
Demedia.az xəbər verir ki, o bildirib ki, Qərbin peşəkarlıqdan uzaq siyasət yürütməsi qida böhranına səbəb olub. Putinin sözlərinə görə, Rusiya daxili tələbatı ödəməklə yanaşı 110 ölkəyə məhsullar ixrac edir.
“İnvestiya təzyiqi və qlobal qida problemi səbəbilə Rusiyanın qida istehsalı daha önəm kəsb edib. Sanksiyalardan əvvəl də bəzi dövlətlərin və qlobal şirkətlərin bazardakı mövqelərindən istifadə edərək rəqiblərinin qarşısını almağa səy göstərdiklərini bilirik” - Putin deyib.
Bahadur Seyidov