Kolumbiya hökuməti ilə üsyançı Milli Azadlıq Ordusu danışıqlara başladı
Kolumbiya hökuməti ilə üsyançı Milli Azadlıq Ordusu 3 ildən sonra yenidən danışıqlara başlayıb.
Demedia.az xəbər verir ki, tərəflər Venesuelanın vasitəçiliyi ilə Karakasda bir araya gəliblər. Məlumata görə, tərəflər dialoqun tam siyasi və əxlaq dəyərləri çərçivəsində davam etdirilməsi barədə razılıq əldə ediblər. Tərəflər görüşün yekunlarına dair bəyanatda qeyd ediblər ki, həm hökumət həm də Milli Azadlıq Ordusu sülhə inanır və bunun üçün lazımi qərarları qəbul edəcək.
Qeyd edək ki, Kolumbiya hökuməti ilə üsyançı Milli Azadlıq Ordusu arasında danışıqlar 2019-cu ildə dayandırılmışdı.
Bahadur Seyidov