Nüfuzlu agentlik Polşaya düşən raket barədə səhv məlumat verən əməkdaşını işdən qovdu



 09:58 23.11.2022     438

Ötən həftə “Polşaya rus raketi düşdü” başlığı ilə xəbər dərc edən ABŞ-ın “Associated Press” agentliyi xəbərin müəllifini işdən qovub.

Demedia.az xəbər verir ki, buna səbəb jurnalistin dəqiqləşdirmədən xəbər verməsidir. Məlumata görə, araşdırmalardan sonra raketin Ukraynanın müdafiə sistemlərinə aid olması agentliyi belə qərar qəbul etməyə məcbur edib.

Qeyd edək ki, raketin Polşaya düşməsi nəticəsində 2 nəfər həlak olub. Məlumata görə, Rusiyanın hücumundan sonra Ukraynanın müdafiə sistemləri işə düşüb. Həmin vaxt rakertlərdən biri Polşaya düşüb.

Bahadur Seyidov