ABŞ Husi üsyançılarına çağırış etdi



 10:32 23.11.2022     665

ABŞ Yəməndəki Husi üsyançı qrupuna çağırış edib.

Demedia.az xəbər verir ki, çağırışda Husilərin dünya dəniz ticarətinə təhdid təşkil etdiyi qeyd edilib və bunun dayandırılması tələb olunub. ABŞ-ın Yəməndəki səfiri Stefan Fagin Yəmənin Dabbe neft limanına hücumu tənqid edərək bildirib ki, Husilərin limanlara hücumu yəmənlilərin özünə də zərər vurur. Səfir Husilərdən hücumları dayandırmağı və müharibənin başa çatması üçün danışıqlar masasında oturmağı tələb edib.

Qeyd edək ki, Husilər bomba daşıyan dronlarda dəniz limanlarına hücumlar təşkil edir.

Bahadur Seyidov