OPEC neft hasilatını artırmayacaq



 18:31 23.11.2022     1176

OPEC-in neft hasilatını artıracağı ilə bağlı iddialar əsassızdır.

Demedia.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının SPA agentliyi məlumat yayıb. Bildirilir ki, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri neft hasilatını artırmağı nəzərdən keçirmir. Ər-Riyadın mövqeyinə görə, tələb-təklif balansını tənzimləmək lazım gələrsə, neft hasilatı daha da azaldılacaq.

Qeyd edək ki, bir müddət əvvəl OPEC+ neft hasilatını gündəlik 2 milyon barel azaldıb. ABŞ bu qərarın Rusiyanın maraqlarına xidmət etdiyini irəli sürərək, etiraz edib.

Bahadur Seyidov