İsveçin daxili işlər naziri Türkiyəyə dəstək verdi



 12:03 23.11.2022     319

İsveçin daxili işlər naziri Tobias Billström Türkiyə ordusunun Suriya və İraqda həyata keçirdiyi “Pəncə-Qılınc” hətəkatı ilə bağlı açıqlama verib.

Demedia.az xəbər verir ki, o bildirib ki, Türkiyənin terrorçulara qarşı özünü müdafiə etmək hüququ var. Nazir qeyd edib ki, Türkiyə terror hücumlarına məruz qalan ölkədir. Buna görə də, terrora məruz qalan ölkələrin özünü müdafiə etmək hüququ var.

Qeyd edək ki, İstanbuldakı terror aktından sonra Türkiyə ordusu PKK/PYD terrorçularına qarşı hərəkata başlayıb. Məlumata görə, 184 terrorçu məhv edilib.

Bahadur Seyidov