İranda məktəblərdə tətil elan edildi



 14:19 23.11.2022     315

İranın Tehran və Əbruz vilayətlərindəki məktəblərdə tətil elan edilib.

Demedia.az xəbər verir ki, buna səbəb əyalətlərdə havanın həddindən artıq çirklənməsidir. Məlumata görə, hələlik dərslər onlayn formada aparılacaq. Həmçinin, havadakı zərərli maddələrin artmasına səbəb olacaq bütün fəaliyyətlər dayandırılıb.

Qeyd edək ki, Tehran dünyada ən çirkli paytaxlar arasındadır 3-cü yerdədir. Buna görə də Tehranda tez-tez tətillər elan edilir.

Bahadur Seyidov