Suriya Milli ordusu Suriyanın şimalında təlimlər keçirdi
Türkiyənin dəstək verdiyi Suriya Milli ordusu Suriyanın şimalında təlimlər keçirir.
Demedia.az xəbər verir ki, təlimlərə təqribən 1000 silahlı cəlb edilib. Təlimlər “Zeytun budağı” hərəkatı ilə PKK/YPG terrorçularından azad edilən Afrin bölgəsində təşkil edilib. Təlimlər zamanı şərti hədəflər döyüş mərmiləri ilə məhv edilib.
Qeyd edək ki, Türkiyə ordusu Suriyanın şimalında PKK/YPG terrorçularına qarşı hərəkata hazırlaşır. Bu əməliyyatlarda Suriya Milli ordusunun da iştirak edəcəyi gözlənilir.
Bahadur Seyidov