Türkiyənin Suriyanın şimalında hərəkat təşkil etməsi hüquqi haqqıdır - Peskov



 16:28 23.11.2022     370

“Türkiyənin Suriyanın şimalında hərəkat təşkil etməsi hüquqi haqqıdır”.

Demedia.az xəbər verir ki, Kreml sözçüsü Dmitri Peskov belə açıqlama verib. O bildirib ki, Rusiya Türkiyənin təhlükəsizliyi ilə bağlı narahatlığını anlayır və buna hörmətlə yanaşır. Peskov həmçinin tərəfləri bölgəyə sabitliyi pozacaq həmlələrdən yayınmağa çağırıb. Peskov qeyd edib ki, Suriyanın şimalında düşünülməmiş həmlələr sabitliyi poza bilər.

Qeyd edək ki,Türkiyə ordusu Suriyanın şimalında PKK/YPG terrorçularına qarşı hərəkata hazırlaşır.

Bahadur Seyidov