İngiltərənin Eskobarı adlandırırdılar... - 14 il sonra baş verən hadisə



 19:31 23.11.2022     556

Məşhur cinayətkar Pablo Eskobarla müqayisə edilən və həbs olunduğu həbsxanada qadın gözətçi ilə münasibəti olan narkobaron illər sonra yenidən gündəmə gəlib.

Demedia.az xəbər verir ki, qalmaqal 2018-ci ildə Britaniyanın ən məşhur cinayətkarlarının məhkum olunduğu HMP Frankland həbsxanasında baş verib.

Təcrübəli qadın mühafizəçi ilə bir çox cinayətlərdə iştirak edən qanqster arasında uyğun olmayan münasibət yaranıb. İngiltərənin Durham şəhərində yaşayan Stephanie Smithwhite HMP Frankland həbsxanasında veteran mühafizəçi idi. Həmin vaxt 40 yaşı olan mühafizəçi ilə narkobaronun 6 ay davam edən münasibəti olub. 2018-ci ilin iyununda başlayan bu münasibət yanvar ayına qədər davam edib.

Qalmaqal üzə çıxdıqdan sonra Stefani Smitvayt məhkəmə qarşısına çıxıb və ona qarşı irəli sürülən ittihamlarla özünü təqsirli bilib. Mühafizəçinin sevgilisinə həbsxanaya telefon keçirtməsinə icazə verməsi, onunla cinsi əlaqədə olmaq üçün geyim formasını deşdirməsi, ombasına sevgilisinin adını döymə vurması kimi inanılmaz məlumatlar məhkəməyə təqdim edilib.

Nəhayət, 40 yaşlı Stefani iki il həbs cəzasına məhkum edildi. Mühafizəçinin karyerasına, ləyaqətinə və azadlığına baha başa gələn münasibətdə olduğu məhbus sıradan bir ad deyildi. Bədnam cinayətkar bir vaxtlar “İngiltərənin Eskobarı” kimi tanınan Kertis Uorrendən başqası deyildi.

Uorren cinayətə qarışanda hələ uşaq idi. 12 yaşında maşın oğurlayan Kertis Uorren məktəbi yarımçıq qoyub. 18 yaşı tamam olanda polisə hücum etdiyinə və davaya qarışdığına görə həbsxanaya göndərilib. Uorren o vaxtdan bəri saysız-hesabsız cinayətlərdə iştirak edib. Bir zamanlar britaniyalı Pablo Eskobar kimi tanınan narkobaron 14 il sonra həbsdə saxlandığı yüksək rejimli həbsxanadan necə azad edilib.

59 yaşlı Kertis Uorren bu gün Kembricşirdəki Uaytmur həbsxanasının mühafizəçiləri tərəfindən müşayiət olunub. İndi isə bədnam cinayətkarın bir vaxtlar narkotik imperiyasını idarə etdiyi Mersisayd bölgəsinə qayıtdığı deyilir.

İngiltərənin ən çox oxunan qəzetlərindən biri olan "The Sun" keçmiş mafiya başçısının dəstəsinin əvvəllər 200 milyon funt-sterlinq dəyərində olduğunu yazıb. Qəzetin xəbərinə görə, Warren mümkün olan ən sərt girov şərtləri ilə üzləşəcək.

Birincisi, Uorrenə WhatsApp və Facebook kimi sosial media proqramlarından istifadə qadağan ediləcək. Keçmiş narkobaron lideri dostlarının hər hansı bir avtomobilinə minməzdən əvvəl polis məmurlarına 24 saat əvvəl xəbərdarlıq etməlidir.

Bundan əlavə, bir vaxtlar qeyri-qanuni yolla qazandığı sərvətlə heyrətlənən Uorrenin üzərində min funt sterlinqdən çox nağd pul saxlamaq da qadağan edilib. 59 yaşlı cinayətkarın maddi durumu 5 il müddətində Milli Cinayət Agentliyi (NCA) tərəfindən yoxlanılacaq.

Uorrenə yaxın bir mənbə "Kertis həmişə Liverpool-a qayıtmağı planlaşdırırdı" dedi.
İngilis narkotik alverçisi və qanqsterin vəkili olan Entoni Barraklo deyib: "Onun etmək istədiyi ilk şey anasını görməkdir. O, sadəcə sülh və sakitlik istəyir. Ona layiqli, adi həyat sürməsinə icazə verilməsini istəyir".

Aysun / Demedia.az