Türkiyə üçün TƏHLÜKƏ - Son 1 ilin ən aşağı səviyyəsi...



 23:14 23.11.2022     562

İstanbulda payız yağışlarının gecikməsi ilə bəndlərin doluluq nisbəti 35,47 faizə düşüb.

Demedia.az xəbər verir ki, Alibeyköy və Sazlıdərə bəndlərindəki quraqlığın miqyası havadan çəkilən görüntülərlə müəyyən edilib.

Payız yağışları yağmayanda İstanbulu su ilə təmin edən bəndlərin doluluq nisbəti son 12 ayın ən aşağı səviyyəsinə düşüb. İstanbul Su və Kanalizasiya İdarəsinin (İSKİ) məlumatına görə, şəhəri su ilə təmin edən bəndlərin doluluq nisbəti yüzdə 35,47 olub. 2020-ci ilin eyni tarixlərində bəndlərdə su nisbəti 26,34 faiz, 2016-cı ildə isə 35,17 faiz təşkil edib. Məlumatlara görə, şəhərin bir hissəsində təsirli olan yağışlar bəndlərə yüzdə 0,07 artım gətirib.

Aysun / Demedia.az