Bütün bədəni tüklərlə örtülüb - Dostları ona kabus meymun deyir...



 22:03 23.11.2022     787

17 yaşlı Lalit Patidar dünyada cəmi 50 nəfərdə rast gəlinən “qurd canavar sindromu”ndan əziyyət çəkib.

Demedia.az xəbər verir ki, bu cür insanlar həmişə cəmiyyət tərəfindən kənarlaşdırılıb.

İnsanlar məni kabus adlandıraraq ələ salırlar, bir növ mifik varlıq olduğumu düşünürlər", - Patidar deyib. 

Hindistanda dünyada çox nadir rast gəlinən qurd adam sindromu hadisəsi görülüb. Ölkənin Ratlam şəhərində yaşayan Lalit Patidarda orta əsrlərdən bəricəmi 50 nəfərdə rast gəlinən hipertrikoz diaqnozu qoyulub.

6 yaşından bəri tüklərlə örtülmüş Patidarın üzü zamanla görünməz olub. Patidar zorakılığa məruz qalmasına baxmayaraq həyata müsbət baxdığını və uğurlu yutuber olmaq arzusunda olduğunu bildirib.

Patidar xsətəliyi ilə bağlı bunları deyib:

"Mən normal ailədənəm, atam əkinçidir və hal-hazırda orta məktəbin 12-ci sinfində oxuyuram. Mən də atama əkinçilik işində kömək edirəm. Ömrüm boyu bu saçlara sahib olmuşam. ailəm deyir ki, həkim məni doğulanda qırxdırıb, amma altı-yeddi yaşıma qədər məndə olub. Fərqli bir şeyin olduğunu anlamadım. Artıq əlacı yoxdur. Çox uzandıqca onu kəsirəm. Saç kimi uzanmağa davam edir".

Aysun / Demedia.az