Britaniya ilk dəfə Ukraynaya helikopterlər tədarük edir
Böyük Britaniya müharibə başlayandan bəri ilk dəfə Ukraynaya helikopterlər tədarük edəcək.
Demedia.az xəbər verir ki, bu barədə Britaniyanın Müdafiə Nazirliyindən bildirilib. Bildirilir ki, krallıq Ukraynaya 3 “Sea King” tipli helikopter verəcək. Helikopterlərdən axtarış və xilasetmə əməliyyatlarında istifadə ediləcək. Məlumata görə, Britaniya həmçinin Ukraynaya özünü Rusiya hücumlarından müdafiə etmək üçün 1000 haubitsa mərmisi verəcək.
Nazirliyin açıqlamasına görə, bu dəstək Ukraynanın müdafiə bacarıqlarını artıracaq.
Bahadur Seyidov