SpaceX şirkəti növbəti peyki kosmosa buraxdı



 13:29 24.11.2022     332

SpaceX şirkəti növbəti peyki kosmosa buraxıb.

Demedia.az xəbər verir ki, “Eutelsat 10B” peyki Falcon 9 raketi ilə kosmosa göndərilib və uçuş uğurlu alınıb. Məlumata görə, “Eutelsat 10B” rabitə peyki Amerika, Atlantik okeanı, Avropa, Afrika, Yaxın Şərq və Mərkəzi Asiyadakı müştərilərinə xidmət göstərəck. Peyk müştərilər üçün dənizdə və təyyarədə genişzolaqlı, data və video əlaqəni təmin edəcək.

Bildirilir ki, peyk artıq nəzərdə tutulan mövqeyə çatıb və tam fəaliyyətə başlamağa hazırdır.

Bahadur Seyidov