Çin-Avropa Birliyi münasibətlərinə 3-cü ölkələrin daxil olmasını istəmirik - Vanq Yi



 14:32 24.11.2022     374

Çin Avropa Birliyi ilə münasibətlərə 3-cü ölkələrin daxil olmasını istəmir.

Demedia.az xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Vanq Yi deyib. O italyan həmkarı Antonio Tacani ilə telefon söhbəti zamanı qeyd edib ki, Çin Avropa Birliyini strateji tərəfdaşı kimi qəbul edir. Çinli diplomatın sözlərinə görə, Çin-Avropa Birliyi münasibətləri üçüncü tərəfi hədəfə almır. Buna görə, üçüncü tərəf bu münasibətlərə müdaxilə etməməlidir.

Tacani isə qeyd edib ki, İtaliya da Çini böyük qlobal güc və tərəfdaşı kimi qəbul edir.

Bahadur Seyidov