Tailand Çin ilə imzalanan sazişdən çıxa bilər



 18:31 24.11.2022     508

Tailand Çin ilə 2017-ci ildə imzalanan sualtı qayıqlarla bağlı sazişdən çıxa bilər.

Demedia.az xəbər verir ki, bu barədə Tailand donanmasının admiralı Choengchai Chomchoengpaet açıqlama verib. O bildirib ki, Çin tərəfi Tailanda satılacaq sualtı qayıqlarda hansı mühərrikdən istifadə ediləcəyini dair məlumatı hələki paylaşmayıb. Admiral qeyd edib ki, Çin tərəfinin bu məlumatı Tailand tərəfinə gec ötürməsi sazişin şərtlərinə uyğun deyil. Admiral qeyd edib ki, Çin tərəfi sualtı qayıqlarda “CHD620” tipli mühərriklərdən istifadə ediləcəyinə vəd edib və Tailan tərəfi də bu vədə sadiq qalmasını tələb edir.

Qeyd edək ki, sualtı qayıqlarla bağlı sazişin dəyəri 393 milyon dollar olub və gəmilərin 5-6 il ərzində təhvil verilməsi nəzərdə tutulmuşdu.

Bahadur Seyidov