Danışıqlar yolu mümkün görünmür - Politoloq açıqladı
2023-cü ildə Qarabağda silahlı erməni birləşmələri qalmayacaq.
Demedia.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
O bildirib ki, Azərbaycan bütün variantlardan istifadə edib buna nail olacaq:
"Bəllidir ki, danışıqlar yolu ilə bu mümkün görünmür. Qarabağda silahlı erməni birləşmələri qaldıqda bu Azərbaycan üçün çox ciddi təhlükəsizlik problemidir. Birinci, ermenilər mütəmadi ərazilərimizi atəşə tutacaq. İkinci, Rusiya bundan istifadə edib Azərbaycana təzyiq edəcək. Üçüncü, separtizmin inkişafi olacaq.
Ona görə də növbəti ildə Azərbaycan Qarabağda silhahli erməni birləşmələrinin varlığına son qoyması mütləq lazımdır".
Xəyalə Məmmədova / Demedia.az