Mask bloklanan hesabları aktiv edəcək



 15:41 24.11.2022     305

Tvitterin yeni sahibi İlon Mask blok olunan hesabların hamısının aktiv edilə biləcəyini açıqlayıb.

Demedia.az xəbər verir ki, o bildirib ki, blok olunan hesablar bir neçə məhdudiyyətə məruz qalmaq şərtilə açılacaq. Maskın sözlərinə görə, bu, hələlik təklif formasındadır. İlon Mask müzakirələrdən sonra yekun qərarın veriləcəyini ifadə edib.

Qeyd edək ki, bundan əvvəl tvitter səhv məlumat vermək, şiddət, hüquq pozuntusu kimi şərtlərin pozulduğunu əsas gətirərək, minlərlə istifadəçinin hesabını bloklayıb. Keçmiş Prezident Donald Trampın hesabı artıq aktiv edilib.

Bahadur Seyidov