İndoneziyada zəlzələdən iki gün sonra uşaq dağıntılar altından sağ xilas edildi
İndoneziyada baş verən zəlzələdən iki gün sonra bir uşaq dağıntılar altından sağ xilas edilib.
Demedia.az xəbər verir ki, 6 yaşlı uşağın həyatı üçün təhlükə yoxdur. Məlumata görə, zəlzələ nəticəsində 271 nəfər həlak olub. Onlardan 100-ü uşaqdır. Çox sayda yaralı var. Bildirilir ki, rixter cədvəli üzrə 5,6 bal gücündəki zəlzələ nəticəsində çox sayda tikili dağılıb. 62 min nəfər müvəqqəti sığınacaqlara yerləşdirilib. Məlumata görə, zəlzələnin fəsadlarının aradan qaldırılması üçün polislər, könüllü dəstələr, xilasedicilər və hərbçilər cəlb edilib.
Qeyd edək ki, zəlzələnin episentri Qərbi Cava əyalətində yerləşib.
Bahadur Seyidov