Türkiyədə ŞOK GÖRÜNTÜ - Zəlzələdən sonra meydana gəldi
Türkiyə dünən Düzcedə baş verən 5,9 bal gücündə zəlzələ ilə gözlərini açdı.
Demedia.az xəbər verir ki, zəlzələ bölgəsindən ən son görüntülər paylaşılıb, məlumat verilib.
Türkiyəli jurnalist 5,9 bal gücündə baş verən zəlzələnin izlərini ekrana gətirib, qırılmaları göstərib. Zəlzələ nəticəsində 93 nəfər yaralanıb.
Düzcedə yaşayan bir çox vətəndaş gecə saatlarında evlərinə girə bilməyib. Prezident Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə dövlətin bütün imkanları səfərbər edilərkən, zərərin qiymətləndirilməsi işləri də aparılıb.
AFAD-ın verdiyi açıqlamaya görə, zəlzələdən sonra bölgədə ən böyüyü 4,3 bal olmaqla ümumilikdə 212 təkan baş verib.
Düzcedə 37, İstanbulda 2, Boluda 14, Zonguldakda 10, Sakaryada 26, Bursada 4 olmaqla ümumilikdə 93 nəfər yaralanıb.Yaralılardan 14-ü xəstəxanalarda müalicə olunur.
Aysun / Demedia.az