Hər 2 dəqiqədən bir uşaq ÖLÜR - Dərmanı tapıldı...



 19:33 24.11.2022     601

ABŞ-da hər 2 dəqiqədən bir uşağın ölümünə səbəb olan malyariyaya qarşı dərman tapılıb. 

Demedia.az xəbər verir ki, ən az 6 ay qoruma təmin etdiyi iddia edilən dərmanın 88 faiz qoruduğu bildirilir. 

Xüsusilə Afrikada uşaqlarda görülən və 7 günlük inkubasiya dövründən sonra ortaya çıxan malyariya qızdırma, titrəmə, tərləmə, baş ağrısı, ürəkbulanma, qusma, əzələ ağrısı, zəiflik kimi qripə bənzər əlamətlərlə özünü göstərir.

ABŞ Səhiyyə və Sosial Xidmətlər Departamentinin nəzdində araşdırmalar aparan Milli Sağlamlıq İnstitutu tərəfindən hazırlanmış bir dərman malyariyadan ən azı 6 ay qorunma təmin etdi.

Milli Sağlamlıq İnstitutunun apardığı və New England Journal of Medicine jurnalında dərc edilən araşdırmanın nəticələrinə görə, malyariyaya qarşı müvəqqəti qorunma təmin edən dərman hazırlanıb.Qərbi Afrika ölkələrindən biri olan Malidə aparılan araşdırmada malyariyaya qarşı inkişaf etdirilən dərmanın böyüklərdə tək istifadədə ən az 6 ay qoruma təmin etdiyi müəyyən edilib.
330 yetkin malilinin iştirak etdiyi araşdırmada malyariya daşıyıcıları 24 həftə ərzində izlənilib. Buna görə subyektlərə verilən yüksək dozalı dərman yüzdə 88, aşağı doza isə yüzdə 75 təsirli olur.

Malyariyaya qarşı hazırlanmış preparatın xəstəliyin geniş yayıldığı mövsümi fəsillərdə istifadə edilməsi planlaşdırılır. Dünyanın bir çox yerində hər il yüz minlərlə insanın ölümünə səbəb olan malyariyaya qarşı hazırlanan ilk peyvənd 2019-cu ilin aprelində Malavidə istifadəyə verilib.
Ən ölümcül xəstəliklərdən biri olan və hər 2 dəqiqədən bir uşaq ölümünə səbəb olan malyariya daha çox Afrikada müşahidə edilir.
Parazit ağcaqanadların dişləməsi ilə ötürülən və orta hesabla 7 günlük inkubasiya dövründən sonra baş verən malyariya; Qızdırma, titrəmə, tərləmə, baş ağrısı, ürəkbulanma, qusma, əzələ ağrısı, zəiflik kimi qripə bənzər əlamətlərlə özünü göstərir.

Aysun / Demedia.az