Sızanaqlardan 1 günə xilas olun



 22:29 24.11.2022     1038

Sızanaqlar və papilomlar, adətən, 1 sutka içində özləri yoxa çıxır. Amma hərdən onlar həcmcə kiçilirlər, yoxa çıxmaları üçünsə daha çox vaxt lazım olur. Bəzən bu proses 4-6 həftə çəkir. Səbirli olun, haqqında danışacağım vasitə effektivdir. 

Sızanaqlar və papilomlar necə meydana gəlir? Araşdırmalarıma əsasən, onların əmələgəlmə səbəbi İnsan papilloma virusudur  (Human papillomavirus infection-HPV).

Papillomavirus ailəsinə aid olan bu virus  dəri və mukozal səthlərdə bazal epiteliya qat hüceyrələrini iltihablandıran DNT virusudur. İnsan papilloma virusu olduqca geniş yayılıb. Dünyada, təxminən, 325 mln qadın bu virusdan əziyyət çəkir. Yüzdən artıq növü var. Onlardan 14-ü xərçəng xəstəliyinə səbəb ola bilir. İnsan papilloma virusu sayəsində xərçəngin əmələ gəlməsi daha çox epigenetik faktorlara əsaslanır. Bu faktorlar  xərçəngin əmələ gəlməsində gendən daha təsirlidir.

Bunlar ətraf mühit və onun orqanizmə təsiri, qidalanma, stress, yaşam tərzidir. 

İnsan papilloma virusu, adətən, aktiv olmur. Çünki orqanizmə düşdüyü andan immunitet onunla mübarizəyə başlayır. Amma bu viruslar yaxşıca gizlənməyi bacarırlar. Sizi uzun müddət narahat etməyə bilərlər. İmmun sistemi təhlükəli siqnallar hiss etmir və viruslara qarşı reaksiya vermir. Beləcə, virus lazımi anı gözləyir. Ta ki, immunitet zəifləyənə qədər. Bir gün yaşlanma, yaxud stress səbəbiylə immun sistemi zəifləyən kimi onlar ortaya çıxırlar və hücuma keçirlər. Qadınlarda uşaqlıq xərçənginin əsas səbəbkarı məhz HPV sayılır. Ümumiyyətlə, qadınlarda xərçəng törədən səbəblər siyahısında

HPV dördüncü yerdədir. Bəli, onunla zarafat etmək olmaz! 

Tədqiqatlar göstərir ki, evdə, əlinizin altında olan yod insan papilloma virusu ilə mübarizədə kifayət qədər effektivdir. Bir araşdırma yodla 77% uğurlu nəticəyə çatmağın mümkünlüyünü sübut edib. Amma bu, bizi qane etmir. Bizə 100%-ə yaxın nəticə lazımdır. Buna görə də, yoda sarımsaq əlavə eləməliyik. Sarımsaq, təkcə, virusların “ölümcül düşməni” deyil. O, xərçənglə də üz-üzə gəlməyə qadirdir. Fitonutrientlər və allicin virusun hüceyrələrə daxil olmasının qarşısını alır. Məsələn, yumurtalıq-uşaqlıq və bağırsaqlarda xərçəngin əmələ gəlməsinə mane olur. 

Araşdırmalarım zamanı çox maraqlı bir informasiyaya rast gəldim. Kimsə HPV əleyhinə istifadə etmək üçün dəriyə sürtülən yodla bağlı patent almaq istəyib. Layihənin əsas məqsədi virusun deaktiv olmasını təmin etmək, uşaqlıq və bağırsaq xərçənginin müalicəsinə kömək etmək olub. Evdə hazırlanan bu vasitənin tərkibində iki inqredient var: povidon-yod və sarımsaq. 

Povidon-yodun faydaları haqqında bir az məlumat verim. Birincisi, digər yod növlərinə nisbətən daha az toksikdir. O, orqanizmə daha sürətlə sorulur, bu da qısa müddətdə yaxşı nəticə əldə etməyə imkan verir. Povidon-yod yanıq əleyhinə və vaginal infeksiyalar zamanı da istifadə olunur. Antibiotik və digər dərman vasitələrindən fərqli olaraq, mikroblar ona qarşı dözümlülük yarada bilmirlər. Yod bakteriyalar, mikroblar, parazitlər, göbələklər əleyhinə mübarizədə çox effektivdir.

Sarımsaq da mikrobları məhv edir. Bu iki “güclü silahın” birləşməsi sızanaqlar və HPV əleyhinə “ölümcül vasitə”yə çevrilir. 
Sarımsağı boşqaba qoyun və şirəsi çıxanadək əzin. Başqa bir boşqab götürün. Bir neçə damcı povidon-yod damızdırın. 1⁄8 çay qaşığı sarımsaq şirəsini yodla qarışdırın. Məhlulu zədələnmiş nahiyəyə sürtün. Üstündən  yara bandı yapışdırın. Sarımsağın yerdə qalanını sellofan torbaya bükün və soyuducuya qoyun. 1 sutka bu vəziyyətdə saxlaya bilərsiniz. Məhlulu gündə 2 dəfə nahiyəyə tətbiq edin. Səhər əzilmiş sarımsaqdan ikinci dəfə də  istifadə edə bilərsiniz. Sadəcə, ona bir neçə damla povidon-yod əlavə edin. Hər dəfə yeni yara bandından istifadə etməyiniz vacibdir.  Bir daha təkrar edirəm: proseduru gündə 2 dəfə nahiyə sağalanadək, yaxud sızanaq və papilom yıxa çıxanadək istifadə edin. 

Orqanizmin sağlamlığından asılı olaraq xəstəliyin sağalma müddəti dəyişir. Əgər diabet, diabetə meyillilik və insulin dirənci varsa, papilom və sızanaqların daha tez-tez çıxması riski yüksəkdir. Xüsusilə, HPV ilə insulin dirənci arasında bağlılıq var. İnsulin dirənci zamanı tətbiq edilən fasiləli oruc və pəhriz proqramınız yoxdursa, təcili şəkildə dietoloqa müraciət edin. Bu, problemin həllində sizə kömək olacaq.  Bu hallarda sızanaqların 7 saata yoxa çıxmaq ehtimalı var. 
Bayaq qeyd etdiyim kimi, proses 6 həftəyədək çəkə bilər. Amma istənilən halda papilom və sızanaqların həcmi kiçiləcək. Əzilmiş sarımsaq bir neçə gün keyfiyyətini itirmədən saxlanıla bilər. Buna baxmayaraq, sarımsağı təzə-təzə istifadə etməyinizi tövsiyə edirəm. Sarımsağın tərkibindəki fitokimyəvi maddələrin aktivləşməsi üçün, ən azı, 10-15 dəqiqə lazımdır. Amma bu, o qədər də önəmli deyil. Çünki məhlul yara bandının altında qalacaq. Onun dəriyə hopmağa və hərəkət keçməyə yetərincə vaxtı olacaq. 

Dəriyə tətbiqlə yanaşı, sarımsaq yeməyiniz də məsləhətdir.  Sarımsağı  təzə-təzə və toz şəklində müxtəlif yeməklərə, salatlara əlavə etmək olar.  Bunlardan əlavə, sink qəbul etməyə başlasanız, lap yaxşı olar. Sink viruslara qarşı, xüsusilə, HPV-yə qarşı çox effektivdir. Gün ərzində 50 mq sink qəbul etməyiniz məsləhətdir. Paralel olaraq, digər mikroelementlər də qəbul etmək faydalıdır. 

Papilom və sızanaqlar qanda şəkərin miqdarının yüksək olmasına və insulin dirəncinə də işarə ola bilər. Buna görə də, xüsusi pəhriz proqramına keçin və fasiləli oruca başlayın. 

Bahadur Seyidov / Demedia.az