Ordunun ehtiyaclarını qarşılamaq üçün daha səmərəli işləmək lazımdır - Putin



 10:14 25.11.2022     354

“Ukraynada mübarizə aparan Rusiya ordusunun ehtiyaclarını qarşılamaq üçün dövlət qurumları daha səmərəli və koordinasiyalı işləməlidir”.

Demedia.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin belə deyib. Putin bildirib ki, hərbçiləri yaxşı təchiz etmək üçün dövlət qurumları və təşkilatları arasında mexanizm qurulub. Bununla belə, Putin daha yaxşı işləməyə ehtiyac olduğunu ifadə edib.

“Keyfiyyətli və yaxşı işləməliyik. Ümumilikdə yaxşıdır. Lakin “xüsusi hərbi” əməliyyat zamanı silahlı qüvvələrimizi lazım olan hər şeylə təmin etmək lazımdır. Bu, texnika, dərman, hərbi vəsait, hərbi tikinti, o cümlədən xüsusi hərbi texnika kimi məsələlər üçün də vacibdir” - Putin deyib.

Bahadur Seyidov