Avropa Birliyi Rusiyaya qarşı 9-cu sanksiya paketini tətbiq edir
Avropa Birliyi Rusiyaya qarşı 9-cu sanksiya paketini tətbiq edəcək.
Demedia.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen açıqlama verib. O bildirib ki, 9-cu sanksiya paketi Rusiya neftinin qiymətinə məhdudiyyət tətbiq edilməsini nəzərdə tutur. Ursula von der Leyenin sözlərinə görə, sanksiya sənədinin üzərində iş davam edir və yaxında Rusiyaya qarşı yeni qadağalar tətbiq ediləcək.
Avropa Komissiyasının Prezidenti Rusiyanın Ukraynada mülki obyektləri hədəfə almasını tənqid edib və bunun barbar davranış olduğunu ifadə edib.
Bahadur Seyidov