Lavrov Avropa Parlamentinin qərarına etiraz etdi
Xarici işlər naziri Sergey Lavrov Avropa Parlamentinin Rusiyanın “terroru dəstəkləyən ölkə” kimi tanımasına etiraz edib.
Demedia.az xəbər verir ki, onun sözlərinə görə, qərarın əsası yoxdur. Lavrov Rusiyanın dövlət televiziyasına açıqlamasında deyib: “Düşünürəm ki, bu, hər bir ağlı başında olan insana aydındır, amma mənim tibbi təhsilim yoxdur”.
Rusiya xarici işlər nazirinin sözçüsü Mariya Zaxarova isə qeyd edib ki, Avropa Parlamenti qərəzli qərarlar qəbul edir. “Mən Avropa Parlamentini “axmaqlığın sponsoru” kimi tanımağı təklif edirəm” - Zaxarova deyib.
Bahadur Seyidov