Qətərə gedən əcnəbilərdən 332-si İslam dinini qəbul etdi



 18:32 25.11.2022     486

Dünya çempionatını izləmək üçün Qətərə gedən əcnəbilərdən 332-si İslam dinini qəbul edib.

Demedia.az xəbər verir ki, Qətərdə İslam dininin təbliğ edilməsi üçün yerləşdirilən tablolar əcnəbilərin müsəlman olmasına səbəb olub. Məlumata görə, Braziliyadan Qətərə gələn ailə İslam dininin təbliği ilə bağlı nümunələrdən oxuyandan sonra müsəlman olub. Ailə bununla bağlı sosial mediada paylaşım edib.

Qeyd edək ki, dünya çempionatının açılış oyununda tribunada azərkeşlər üçün 8 dildə Quran qoyulmuşdu. Əcnəbilərin sıx olduğu yerlərdə İslam dininin təbliğinə dair nümunələr qoyulub.

Bahadur Seyidov