“Cənub axını” boru xəttinə hücum cəhdi olub - Rusiya



 14:22 25.11.2022     354

“Cənub axını” boru xəttinə hücum cəhdi olub.

Demedia.az xəbər verir ki, bu barədə Rusiyanın Federal Təhlükəsizlik  Xidməti məlumat yayıb. Bildirilir ki, boru xəttində təxribata cəhd edilib. Lakin təxribatın qarşısı alınıb. Federal Təhlükəsizlik Xidməti əlavə detallar barədə açıqlama verməyib.

Qeyd edək ki, bundan əvvəl “Şimal axını 1” və “Şimal axını 2” boru xəttlərinə hücum olmuşdu. Hücumdan sonra boru xəttindən qaz sızmışdı. ABŞ hücumun Rusiya tərəfindən təşkil olunduğu irəli sürmüşdü. Rusiya isə təxribatın ABŞ tərəfindən təşkil olunduğunu açıqlamışdı. 

Bahadur Seyidov