İngiltərədə 70 mindən çox müəllim tətil elan etdi



 15:28 25.11.2022     269

İngiltərədə 70 mindən çox müəllim tətil elan edib.

Demedia.az xəbər verir ki, etirazçılar məvaciblərdən və iş şərtlərindən narazıdır. Məlumata görə, tətil 150 univeristeti əhatə edir. Tətil azı 3 gün davam edəcək. Bildirilir ki, tətil 2,5 milyon tələbəyə təsir edib. Tətilə Milli Tələbələr Birliyi də dəstək ifadə edib. İngiltərədəki tətilə Şotlandiyadakı müəllimlər də qatılıb. Universitet və Kollec İttifaqının rəhbəri Jo Grady bildirib ki, bu, ali məktəblər tarixində ən böyük tətildir.

Etirazçıların sözlərinə görə, onların tələbləri yerinə yetirilməsə daha böyük tətil elan edəcəklər.

Bahadur Seyidov