Türkiyə ilk dəfə terrorçuların nəzarətindəki neft sahələrini bombalayıb



 16:24 25.11.2022     291

Türkiyə ilk dəfə olaraq Suriyanın şimalında PKK/YPG terrorçularının nəzarətindəki neft sahələrini bombalayıb.

Demedia.az xəbər verir ki, bu barədə Röyters məlumat yayıb. Bildirilir ki, Türkiyə terrorçulara məxsus strateji ərazilərə hədəfə alaraq, quru əməliyyatlarına başlamaq üçün zəmin hazırlayır. Həmçinin, hava qüvvələrinin hücumları zamanı sərhəddən daha uzaq məsafədə yerləşən terrorçulara məxsus komanda mərkəzləri də hədəfə alınıb.

Qeyd edək ki, İstanbuldakı terror aktından sonra Türkiyə ordusu Suriyanın və İraqın şimalında hava əməliyyatlarına başlayıb. 254 terrorçu məhv edilib.

Bahadur Seyidov