Siyasi partiyalarla bağlı qanun layihəsinə dəyişiklik... - Şərh
Siyasi partiyalarla bağlı qanun layihəsinə bir sıra dəyişikliklər edilib.
Demedia.az xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib.
Onun sözlərinə görə, qanunların legitimliyi üçün ictimai müzakirələr vacib amildir:
"Məlumdur ki, sentyabrın əvvəlindən başlayaraq siyasi partiyalarla bağlı yeni qanun layihəsi ekspertlər tərəfindən müzakirə edilməkdə idi. Nəhayət, bəlli oldu ki, geniş və fərqli formatda ictimai müzakirələrdə səsləndirilən fikirlər nəzərə alındı. Nəticədə, Azərbaycan dövlətçiliyinin gücləndirilməsi naminə daxili siyasi proseslərin əsasını təşkil edən seçkilər, siyasi partiyalarla bağlı vacib qanun qəbul ediləcək.
İndiki məqamda belə ideoloji yanaşmaya ehtiyac var idi".
Xəyalə Məmmədova / Demedia.az