Çində etiraz aksiyaları keçirilir
Çində etiraz aksiyaları keçirilir.
Demedia.az xəbər verir ki, paytaxt Pekin başda olmaqla bir neçə şəhərdə nümayişçilər küçələrə çıxaraq pandemiya ilə bağlı tətbiq edilən sərt tədbirlərə qarşı narazılıq ediblər. Etirazçılar hakimiyyətin pandemiya ilə bağlı siyasətinə qarşı çıxıb. Nümayişçilər həmçinin ölkə sədri Sin Cinpinin hakimiyyətdən getməsini tələb ediblər.
Qeyd edək ki, Çində pandemiya ilə bağlı “sıfır hal” siyasəti həyata keçirilir. Bildirilir ki, yoluxmaların sayı yüksək olmasa da, hökumət sərt tədbirlər həyata keçirir.
Bahadur Seyidov